Suraxanı və Nərimanovda narkotik əməliyyatı: İKİ NƏFƏR TUTULDU

Paytaxtın Suraxanı və Nərimanov rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, tədbirlər zamanı 32 yaşlı E.İsmayılov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı N.Şıxəliyev saxlanılıblar.

Onlardan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana, tiryək, heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Araşdırma aparılır.