Narkobaronlar rayonları "odladılar", hökumət ordusu isə onları helikopterlə məhv etdi - VİDEO

Florida qeyri-qanuni immiqrasiya ilə mübarizə aparmaq üçün “Qara qabarma” adlı xüsusi əməliyyat elan edərkən, “Qara çərşənbə” Meksikada baş verib. Narkokartellər əsasən üç ştata "od vururblar". 
Stopnarkotik.az bildirir ki, Quanaxuato, Xalisko və Miçoakan ştatlarını narkoblokadalar bürüyüb. Media bildirir ki, ən azı 17 yanğın baş verib, blogerlər isə vəziyyəti daha qısa və realist "yanan bölgələr" ifadəsi ilə təsvir edirlər.
Bildirilir ki, Miçoakanda naməlum silahlı şəxslər federal təhlükəsizlik qüvvələrinə hücum edib, atışma başlayıb, bir neçə avtomobili və mağazanı yandırıb, üstəlik bütün ştatda magistral yolları bağlayıblar. Eyni zamanda Xaliskoda narkoblokadalar qeydə alınıb. Daha sonra Quanaxuato ştatında yanğın baş verib.
Baş verənlərə səbəb isə bu ilin martında Meksiak ordusunun səkkiz əsgərin qətlindən sonra "haqq hesab çürütdüyü" "Xalisko Yeni Nəsil" kartelinin yüksək rütbəli "leytenantı" Tio Lakonun tutulması əməliyyatı olub. 
Meksika mediası da yazır ki, iğtişaşlar "Miçoakan Yeni Nəsil" kartelinin personajları tərəfindən törədilib. Hətta Miçoakanda kartellərlə federal hökumət arasında atışma o qədər qızışıb ki, hökumət ordusu narkobaronların yaraqlılarını helikopterlə məhv etməli olub. Məsələn, dünən Apatzinqanda belə oldu.

Stopnarkotik.az