“44 GÜNLÜK MÜHARİBƏ BİTDİ, BU “MÜHARİBƏ” BAŞLADI” – Ceyhun Salmanov: “Bu qüvvələr gəncliyimizi məhv etmək istəyir...”

“Biz təkcə narkomaniya ilə deyil, həm də cinayətkarlıqla mübarizə aparırıq”

Azərbaycanda narkomaniyanın aradan qaldırılması istiqamətində fəaliyyət göstərən “Qurtuluş” Reabilitasiya Mərkəzinin (RM) rəhbəri Ceyhun Salmanov Stopnarkotik.az-ın suallarını cavablandırıb.

Müsahibədə “Qurtuluş” RM-in yaranma tarixi, fəaliyyəti və narkotik asılılığından xilas olmanın mümkünlüyü ilə bağlı bir çox suallara aydınlıq gətirilib. Saat 19:00-da verilişimizi canlı izləyə bilərsiniz.

Müsahibədən sitatlar:

- “Dövlətin “əlini üzdüyü” adamı narkotik asılılığından xilas etdik...”

- “Sağalma faizinə görə dünyada birinciyik...”

- “Düşünürdüm ki, şəhid oluram... şəhid olmağı çox istəyirdim”

- “O müharibə qurtardı, bu “müharibə” başladı...”

- “Ətrafımızda bizi istəməyən dövlətlər bu “müharibə” ilə gəncliyimizi məhv etmək istəyirlər”

- “Bu, daha ağır müharibədir, biz tək narkomaniya ilə mübarizə aparmırıq, həm də cinayətkarlıqla mübarizə aparırıq”

- “Pasiyentlərin ayağını özüm yuyurdum ki, onlar da bunu özlərindən sonrakılara tətbiq etsinlər”

- “Azərbaycanda yeganə mərkəz rəhbəri mənəm ki, narkotik istifadəçisi olmamışam”

- “İqramaniya insan həyatını narkomaniyadan daha çox məhv edir, ən çox intiharlar ondan olur...”

- “Narkotik asılılığından 100 faiz sağalma var, amma tövsiyyə ilə gedilsə”

Stopnarkotik.az