34 yaşlı kişi bıçaqlanaraq öldürüldü - SUMQAYITDAKI QƏTLİN TƏFƏRRÜATI / YENİLƏNİB

Sumqayıtda törədilən qətlin təfərrüatları bəlli olub.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, öldürülən şəxs Həsənalı Piriyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Onun Seymur Qasımova 300 manat borcu olub. S.Qasımov dəfələrlə ondan borcunu qaytarmasını desə də, H.Piriyev buna məhəl qoymayıb.

Hadisə törədiləndən bir neçə saat öncə Həsənalı Piriyev öz tanışı ilə Seymur Qasımovun yanına gələrək məsələni həll etmək etmək istəyib, lakin söhbət mübahisəyə çevrilib. Nəticədə Seymur Qasımov üzərində gətirdiyi bıçaqla Həsənalı Piriyevə xəsarət yetirib. Yaralı bir neçə addım getdikdən sonra qaynanasının evinin qarşısında müvazinətini itirib və oradaca keçinib.

***09:06

Yanvarın 10-u saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan Stopnarkotik.az-a verilən məlumata görə, araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, S.Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam edir.

***07:45

Yanvarın 10-də saat 2 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cü il təvəllüdlü Quliyev Seymur Seymur Şahmar oğlu saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.