31 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki Kəlbəcər rayon sakini 1994-cü il təvəllüdlü V.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 31 yaşlı kişi əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.