300 ədəd metadon həbi, 48 ədəd çətənə kolu və... - 50 KİLOQRAMA YAXIN NARKOTİK ƏLƏ KEÇİRİLDİ

Mayın 8-də ümumi çəkisi 48,4 kiloqrama yaxın narkotik vasitə, 300 ədəd metadon həbi və 48 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirlib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb. 

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən açıqlama verilib.

Stopnarkotik.az