27,2 KQ MARİXUANA, 4 KQ HƏŞİŞ, 1,3 KQ TİRYƏK... - Gün ərzində aşkarlanan narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 29-da ümumi çəkisi 32,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 27,2 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq həşiş və 1,3 kiloqramdan çox tiryək olub.