Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 15-də və 16-da ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə və 9000 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.