24 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - 3 mindən çox çətənə kolu məhv edildi

Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 24 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqrama yaxın heroin, 19 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın metamfetamin olub.

Yabanı halda bitmiş 3206 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.