22,5 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇİRİLDİ - DİN-dən açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 10-da ümumi çəkisi 22,5 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 44 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.