18,8 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı - ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 15-də ümumi çəkisi 18,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb .

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.