18 yaşlı qadının bıçaqlanmasının DETALLARI: 15 yaşlı oğlanla qeyri-rəsmi nikahda olub... - YENİLƏNİB

Gəncədə 18 yaşlı qadının bıçaqlanmasının təfərrüatları məlum olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, şəhər sakini Aygün Əmiraslanovanı bıçaqlayan Murad Əmiraslanov onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.

Hadisə şəhərin "Qaraçılar məhəlləsi" kimi tanınan ərazisində baş verib. Orada yaşayan A. Əmiraslanova və 2009-cu il təvəllüdlü Murad Əmiraslanovla qeyri-rəsmi nikahda olub. Sonra Aygün Muraddan ayrılaraq başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanovun Aygünü başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir.

***09:45

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Stopnarkotik.az xəbər verir ki, 18 yaşlı A.Əmiraslanova mübahisə zəminində çoxlu sayda bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

Araşdırma zamanı məlum olub ki, onu keçmiş həyat yoldaşı bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, polis əməkdaşırının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.