150 MİN MANATLIQ DƏLƏDUZLUQ: keçmiş məhkumlar tutuldu

Mayın 16-da Bakı şəhər sakini olan bir nəfərin dələduzluq yolu ilə 150.000 manatının alınması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Taleh Süleymanov və əvvəllər məhkum olunmuş Fariz Aslanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.