15 min manatlıq intenet kabeli oğurlandı - İKİ NƏFƏR TUTULDU

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 15 000 manat dəyərində optik internet kabeli və 2 ədəd barabanın oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ordubad rayon sakini R.Vəliquliyev və Bakı şəhər sakini V.Şərifov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.