14,6 KQ NARKOTİK, 2412 ƏDƏD METADON HƏBİ, 300 ƏDƏD... - Ötən gün aşkar olunan narkotiklərlə bağlı açıqlama

Mayın 23-də ümumi çəkisi 14,6 kiloqramdan artıq narkotik vasitə, 2412 ədəd metadon həbi və 3000 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıb.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən bildirilir.

Stopnarkotik.az