11,7 KQ MARİXUANA, 9 KQ HEROİN, 3,4 KQ "PATI"... - Gün ərzində aşkarlanan narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 17-də ümumi çəkisi 24,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9 kiloqrama yaxın heroin, 11,7 kiloqrama yaxın marixuana və 3,4 kiloqramdan çox metamfetamin olub.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.