10 min manatlıq dələduzluq edən şəxs saxlanıldı - XULİQANLIĞA GÖRƏ AXTARIŞDA OLDUĞU ÜZƏ ÇIXDI

Şabran rayon sakininin aldadılaraq 10 min manatının alınması barədə polisə məlumat daxil olub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı M.Şahmuradlı saxlanılıb:

"Onun xuliqanlığa görə axtarışda olması da müəyyən olunub. Araşdırma aparılır."