Polis əməkdaşlarının yanvarın 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Stopnarkotik.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 10 kiloqramdan çox marixuana, 1 kiloqram 567 qram heroin, 7 kiloqram 163 qram tiryək, 1 kiloqram 173 qram metamfetamin və 1263 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Stopnarkotik.az