“Bəllidir ki, zərərli vərdişlərə aludəçilik həm ailə, həm də cəmiyyət üçün təhlükəlidir. Çox təəssüflər olsun ki, ölkəmizdə narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, zəhərli maddələrdən asılılıq, yeniyetmə və gənclər arasında zərərli vərdişlərə meyl edənlərin sayı son illərdə ciddi şəkildə artıb. Bu maddələr həm asılı fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyan vurur”.
Stopnarkotik.az xəbər verir ki, bunu türkoloq, filologiya elmləri namizədi, dosent Aydın Mədətoğlu bildirib. Onun fikrincə, gəncləri zərərli vərdişlərdən xilas etmək üçün müxtəlif yollar var:
“Bundan xilas olmaq üçün cəmiyyətdə rəylər müxtəlif olsa da, ümumi yanaşmalar da var. Mütəxəssislər göstərirlər ki, bunun üçün aşağıdakılar həyata keçirilməlidir:
- Maarifləndirici, cəzalandırıcı və sosial durumu yaxşılaşdıracaq mexanizmlər hazırlanıb həyata keçirilməli;
- İnsan həyatına olan bu təhlükənin qarşısını almaq üçün hər bir uşağa ilk növbədə ailədə, məktəbdə bu pis verdişlərin zərərli təsirləri haqqında məlumat vermək lazımdır. Zərərli vərdişlərin qarşısını almaq üçün kütləvi informasiya vasitələrində, xüsusən, televiziyalarda maarifləndirici verlişlər olmalı, televiziya serialları çəkilməlidir;
- Dövlət bu gənclərin reablitasiyası üçün dövlət proqramı hazırlamalı və həyata keçirməlidir;
- İş yerləri açılmalıdır ki, gəclər işləsin, onların zərərli vərdişlərə vaxtları qalmasın. Sırf bu iş üçün dövlət səviyyəsində sosial çarxlar hazırlanmalıdır”.
Stopnarkotik.az