ZƏRDABDA ÜZÜCÜ HADİSƏ - Ata və 6 yaşlı qızı öldü

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş.

Bu zaman altı yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Hazırda onların axtarışları davam edir.