Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-dən Stopnarkotil.az-a bildirilib ki, həyata keçirilən növbəti tədbirlərlə rayonun Bıçaqçı və Şahhüseynli kənd sakinlərindən sənədləri olmayan 3 ədəd ov tüfəngi aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.