Zərdabda narkomaniyaya və dini radikalizmə qarşı mübarizə mövzusunda tədbir keçirildi - FOTO

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə H.Zərdabi adına 1 saylı məktəb-liseyində “Narkomaniyaya yox deyək və erkən nikaha, dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. 
Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəis müavini polis, polkovnik-leytenantı İkram Əhmədov müasir dövrümüzün ən böyük probleminə çevrilən"ağ ölümün" fəsadlarından danışıb. Zərərli maddələrin insan sağlamlığına vurduğu zərərlərdən bəhs edən İ.Əhmədov, məktəblilərə dəyərli tövsiyələr verib.
Görüşdə dini radikalizm və erkən nikah mövzusunda çıxışlar edən digər iştirakçılar şagirdləri maraqlandıran cavablandırıblar.

Stopnarkotik.az