Zərdabda içərisində müəllimlər olan avtomobil aşıb - FOTO

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.

Görüntüdən məlum olur ki, yolların buz bağlaması səbəbindən VAZ-21099 markalı minik avtomobili yoldan çıxaraq kənar sahəyə aşıb.

Hadisə şahidinin sözlərinə görə, nəqliyyat vasitəsində müəllimlər olublar.

Qəza nəticəsində kişi sürücü ilə yanaşı, avtomobildə olan 2 xanımdan heç biri ciddi xəsarət almayıb.