Zərdabda gənc qız əməliyyatdan sonra öldü - TƏBİB-dən AÇIQLAMA

TƏBİB Zərdabda 19 yaşlı qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbini açıqlayıb.

TƏBİB-dən Stopnarkotik.az-a verilən məlumata görə, sentyabrın 4-ü saat 17:00 radələrində 2005-ci il təvəllüdlü şəxs (qadın) Zərdab Rayon Mərkəzi Xəstəxanasına muraciət edib.

"Diaqnostik və labarotor müayinələr aparıldıqdan sonra, xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub", - qurumdan bildirilib.

Qeyd olunub ki, daha sonra xəstə qənaətbəxş vəziyyətdə Cərrahiyyə şöbəsinə köçürülüb:

"Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub. Bu gün səhər saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.