Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti zob xəstəliyi olanların hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilir ki, qalxanabənzər vəzin 1 sm-dən kiçik və tam sistik düyünləri aşkar edildikdə və hormonal funksiya pozulma olmadığı halda hərbi xidmətə yararlı hesab edilir və hərbi tədris müəssisələrinə daxil olmağa mane olmur.
Bundan əlavə olaraq, I və II dərəcəli eutireoid zob olanlar hərbi xidmətə yararlı sayılır. Eutireoid zob diaqnozu ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır.