“Zəngəzura görə müharibə ola bilər” - POLİTOLOQ

“Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına razılıq vermiş olsaydı, bu hər iki tərəf üçün münasibətlərin yeni mərhələyə qədəm qoyması demək olardı. Bunu etmək əvəzinə Paşinyan prosesə qlobal oyunçuları qatdı və beləliklə, vəziyyət daha da mürəkkəbləşdi. Qərb dövlətləri beynəlxalq konsorsium adı altında yola özü nəzarət etmək istəyir. Ermənistan tərəfi də onların təklifini qəbul edib”.

Bunu bakupost.az-a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılması asan görünsə də, bunun ətrafında müharibələrin olması da ehtimal edilir:

"Sabah yeni bir müharibənin başlamasının məsuliyyətini Ermənistan rəhbərliyi daşımalı olacaq. Çünki onların verdiyi qərarlar, Zəngəzurda maraqların toqquşması nəticəsində yeni savaşın başlaması ehtimalı da var".