Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən Ermənistanla münasibətlərin normallaşdırılması prosesini də müzakirə edib.
Stopnarkotik.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan qeyd edib ki, Ermənistanla normallaşma prosesi üçün Zəngəzur dəhlizinin tezliklə açılması və Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanması vacibdir.