Zəngin narkotacir polis rəisi həbs edildi - DİVARIN İÇİNDƏ MİLYONLARLA AVRO GİZLƏDİBMİŞ...

İspaniyanın ən zəngin narkotacir polis rəisi həbs edilib. 

Stopnarkotik.az xəbər verir ki, ölkənin polis idarəsinin iqtisadi cinayətlərə və çirkli pulların yuyulmasına qarşı mübarizə şöbəsinin baş müfəttişinin Madriddəki evində 20 milyon avro nağd pul tapılıb.

İspan polis rəisi pulu narkotik mafiyasından alıb və onu divarın içində saxlayıb. Bir neçə gün əvvəl İspaniya polisi Ekvadordan bananlarla birlikdə qaçaqmalçılıq yolu ilə gətirilən 13 ton kokain tapıb.

Stopnarkotik.az