Zəngilanda 1 ton çətənə bitkisi məhv edildi

Zəngilanda 1 ton yabanı çətənə bitkisi məhv edilib.

DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Yenikənd kəndi ərazisində yabanı halda bitən 1 ton çətənə bitkisi toplanılaraq məhv edilib.