Əziz Orucov barəsində həbs qərarı uzadıldı

Məhkəmə Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar verib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə onun həbs müddəti bir ay uzadılıb.

Qeyd edək ki, o, ötən il noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.