Zelenskinin taleyi ilə bağlı şok iddia: ONLAR TƏRƏFİNDƏN ÖLDÜRÜLƏCƏK

ABŞ prezidenti Donald Trampın yaxınlarının Vladimir Zelenski üçün ən yaxşı çıxış yolunun onun dərhal Fransaya getməsi olduğu haqqında “The New York Post” qəzetindəkı xəbər Rusiya tərəfindən şərh olunub.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, "News.ru" portalında yer alan şərhi Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa verib.

"İstənilən halda, bütün bunlar uzun sürməyəcək. Onu məhkəmə gözləyir. Buna şübhəm yoxdur", - deputat deyib.

Onun sözlərinə görə, Zelenski ilə məlumat paylaşan və ondan məlumat alan Qərb kəşfiyyat orqanları boş yerləri ört-basdır etmək üçün hər şeyi etməyə çalışacaqlar.

"Buna görə də Zelenski ya məhkəmə qarşısına çıxacaq, ya da öldürüləcək", - deyən Çepa bunun Zelenskinin qucaqlaşdığı yoldaşları tərəfindən ediləcəyini bildirib.