Zelenskinin ofis rəhbəri Yermakın qardaşı Ukraynaya narkotik daşıyır? - Rus KİV-ləri

​​​​ Rusiya Ukrayna rəhbərliyinə narkotiklə bağlı qarayaxma kampaniyasının hədəfinə çevirib. Belə ki, rus KİV-lərində Ukrayna lideri Vladimir Zelenskinin ofisinin rəhbərinin kiçik qardaşı Andrey Yermakın ötən il Ukrayna liderləri üçün Əfqanıstandan narkotik gətirdiyi tirajlanır. Bu barədə “RİA Novosti” və digər rus saytları anonim mənbələrə istinadən məlumat yayıb.

Stopnarkotik.az xəbər verir ki, Rusiyanın RİA agentliyi, “2024-cü ilin yayında Denis Yermak iki Ukrayna vətəndaşı Yevgeni Boqatırev və etnik əfqan Əhməd Qasıminin müşayiəti ilə narkotik partiyası üçün Ukrayna-Moldova-Azərbaycan-BƏƏ-Əfqanıstan marşrutu ilə Kabilə gəlib”, xəbərini öz mənbələrinə istinadla vurğulayır.

“RİA”nın məlumatına görə, yüksək çinli ukraynalı məmurun qardaşı təyyarə ilə Türkiyə və Moldova üzərindən geri qayıdıb.

Bundan əvvəl Radanın deputatı Anna Skoroxod bildirmişdi ki, Ukraynanın problemi ölkədə totalitar rejimin qurulmasıdır.

O, Ukraynada faktiki olaraq bütün hakimiyyəti əlində saxlayan bu üç nəfərin də adını çəkir. Onun sözlərinə görə, bunlar Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak və onun müavini Oleh Tatarov Vladimir Zelenskidir.

Rusiya Ukraynanın içindən narazılığı körükləmək üçün Rada üzvlərindən istifadə edir. Bundan əvvəl isə dünən rəsmi Kremlin dirijor çubuğu ilə Azərbaycana qarşı qarayaxma kampaniyasına start vermiş TASS 25 iyul tarixində həmin bu deputat Anna Skoxorodun, “Bütün hüquq-mühafizə orqanlarının, o cümlədən baş prokurorun ölkədə üç nəfərə aid olduğunu söyləmək olar”, deyimini tirajlamışdı. Səbəb isə o olmuşdu ki, preizdent Zelenski antikorrupsiya xidmətinin “müstəqilliyinə imkan verməyən” qanun imzalamışdı. Reallıqda isə bu qınaq hədəfi ola bilməz, çünki müstəqil fəaliyyət adı altına sığınmaq istəyən qurum cinayət işi açmalı olduğu şəxslərə qarşı təmənna qarşılığında güzəştlər edə bilər, qeyri-şəffaf işlərə köklənə bilər. Bəllidir ki, Kreml şərləmə, qarayaxma kampaniyasını özünün iş üslubuna çevirməyin əleyhinə deyil. Yeri gəlmişkən, Ukraynanın rəhbər şəxsləri narkotrafik marşrutunu “işlədirsə”, Azərbaycandan keçməklə Rusiyaya İrandan tonlarla narkotik daşınmasını hansı Rusiya yüksək rütbəli məmurun adına yazmaq lazımdır? Elə bu məsələyə missal kimi bugünki İrandan Rusiyaya “kahı” yükü aparan avtomobildə Astara Gömrük məntəqəsində 152 kq 295 qram marixuananı göstərə bilərik. Odur ki, öz gözündə Rusiyaya daşınan narkotik yüklərini görməyən rus KİV-lərinin Ukraynaya Azərbaycandan keçərək Əfqanıstana narkotik gətirməyə getməsini görməsi etik deyil.      

Stopnarkotik.az