ZAQATALADA ƏMƏLİYYAT: keçmiş məhkum saxlanıldı, külli miqdarda narkotik götürüldü - FOTO/VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 33 yaşlı Vüsal Yusifov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, ondan 10 kiloqramdan artıq marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Yusifov barəsində həbs qətimkan tədbiri seçilib.

Keçmiş məhkumdan 10 kq marixuana götürüldü - VİDEO