Zaqatalada güclü partlayış: 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb

Sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədov xəsarət alıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H.Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

Hadisə nəticəsində daha bir nəfər, 1992-ci il təvəllüdlü İlqar Cumayev xəsarət alıb.

Stopnarkotik.az