Zaqatalada 33 yaşlı qadın dərmandan zəhərlənib.
Stopnarkotik.az qafqazinfo.az -a istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonunun Əliabad qəsəbə sakini 1990-cı il təvəllüdlü Tamara Oruc qızı Şabanova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı T. Şabanovanın dərmandan zəhərləndiyi məlum olub.
Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.