ABŞ İmmiqrasiya Agentliyi deportasiya təhlükəsi ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.
Stopnarkotik.az xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları da var.
Siyahıya digər ölkələrlə yanaşı, 709 Azərbaycan, 3103 Türkiyə, 3518 Rusiya, 1862 Ukrayna və 2808 Ermənistan vətəndaşı daxildir.
Vətənlərinə göndərilməsi planlaşdırılan ən çox miqrant Latın Amerikası ölkələrinin - Honduras, Qvatemala, Meksika və El Salvadorun payına düşür.
Siyahıya həmçinin 37 908 Çin vətəndaşı və 17 940 Hindistan vətəndaşı daxil edilib.