Türkiyənin Ədirnə şəhərində Yunanıstana qaçmağa çalışan FETÖ, PKK və DEAŞ terror təşkilatına mənsub 7 terrorçu saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, ölkənin Ədirnə vilayətində terrorla mübarizə qrupları tərəfindən əməliyyat keçirilib.
Keçirilən əməliyyatlar nəticəsində saxlanılan şəxslərdən 4-ü FETÖ, 2-i PKK, 1-i isə DEAŞ üzvüdürlər.