Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci iclası çərçivəsində Afinada rəsmi səfərdə olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yunanıstanlı həmkarı Katerina Sakellaropul tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Yunan mətbuatı bu səfər ilə bağlı təmaslar və ikitərəfli əlaqələrdən çox, Ərdoğanın Prezident Administrasiyasının binasına daxil olarkən Yunanıstan xarici işlər naziri Yorqos Gerapetritisin verdiyi salamdan bəhs edib.
Qeyd edək ki, Ərdoğan binadan içəri girərkən xarici işlər naziri başını aşağı əyərək salam verib.
Həmin anlar Yunanıstan mətbuatında kəskin etirazla qarşılanıb. Sosial şəbəkələrdə də yunan nazirin bu hərəkəti birmənalı qarşılanmayıb.
Ciddi təzyiqlə üzləşən yunan nazir Ərdoğanın yanında Yunanıstan lideri də olduğu üçün baş əydiyini deyib.