Yol-nəqliyyat hadisələri zamanı 20 işıqfora zərər dəyib - VİDEO

Baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada işıqforu yararsız vəziyyətə düşüb. Hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovun sözlərinə görə, ötən 6 ay ərzində Bakının müxtəlif küçə və prospektlərində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində Mərkəzin idarəetməsində olan 20 işqıfora və onun avadanlıqlarına (idarəemə qutusu və s.) ziyan dəyib. Vurulmuş zərər ilə əlaqədar aidiyyəti üzrə sorğular göndərilib.