YEVLAXDA 16 NƏFƏR SAXLANILDI: külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO

Yevlaxda 20 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son ay ərzində keçirilən tədbirlər nəticəsində şübhəli şəxs qismində 16 nəfər saxlanılıb. Onlardan 20 kiloqrama yaxın heroin, metamfetamin, tiryək və marixuana kimi narkotik vasitələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin barəsində cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.