ABŞ-dan olan ekspertlər intiharlara dair tədqiqat aparıblar. Onlar müəyyən ediblər ki, özlərini başqaları üçün yük hiss edən uşaqlarda intihar düşüncələri daha çox olur. Bundan əlavə, erkən yeniyetməlik dövründə uşaqların psixoloji vəziyyəti valideynlərin və ya qəyyumların müəyyən hərəkətlərindən təsirlənir.
Stopnarkotik.az xəbər verir ki, müxtəlif mənbələrin informasiyasına görə, dünyada yeniyetmələrin 10-20%-də intihar düşüncələri yaranır. Onlarda həmişə intihar cəhdlərinə səbəb olmur, lakin ciddi ruhi vəziyyət özünü biruzə verir. Bunu vaxtında fərq edib aradan qaldırmaq üçün mütəxəssislər intihar düşüncələrinə səbəb olan səbəbləri araşdırırlar. Bu yaxınlarda aparılan araşdırma isə göstərib ki, məktəbdən yayınan və ictimai tədbirlərə qatılmayan uşaqlarda intihar düşüncələri daha çox olur. Eyni zamanda, hətta çox erkən yaşlarından qapalı xarakterli uşaqlar da risk altındadır. Digər elmi araşdırmaya görə isə yeniyetmələrdə və tələbələrdə intihar əsasən aşağı özgüvənlə bağlıdır.
Sent-Luisdəki (ABŞ) Vaşinqton Universitetinin psixoloqları erkən yeniyetməlik dövründə intihar düşüncələrinin səbəblərini araşdırmaçərçivəsində bir il ərzində mütəmadi olaraq 7-12 yaşlı 192 uşaqla müsahibə aparıb, həmçinin valideynlərdən və qəyyumlardan tədqiqat iştirakçılarının vəziyyəti və davranışı haqqında məlumat alıblar. Elmi işin nəticələri “Journal of the American Academy of Child and Adolescent Psychiatry” jurnalında dərc olunub. Valideynlərinin intihar düşüncəsi və ya özünə zərər verdiyini bildirdiyi yeniyetmələri tədqiqatçılarla hər həftə ünsiyyətdə olublar. Digər uşaqlar ayda bir dəfə əlaqə saxlayıblar.
Sorğunun keçirildiyi uşaqların təxminən üçdə birində böyük depressiya əlamətləri aşkar edilib və araşdırmanın 70 iştirakçısı il ərzində intihar düşüncələri və ya davranışları nümayiş etdirib. Şiddətli depressiya əlamətləri olanlar, cinsindən asılı olmayaraq intihar haqqında düşünmək və düşüncələri ilə hərəkət etmək ehtimalı 10 dəfə çox olub. Bununla belə, ümumilikdə qızlar oğlanlara nisbətən dörd dəfə daha çox intihar və ya özünə zərər vermə barədə düşündüyünü bildiriblər. Tədqiqat müəllifləri həmçinin qeyd ediblər ki, intihar düşüncələri və ya davranışları bir sıra hallardan sonra baş verir. Uşaqların intihar haqqında düşündüklərini bildirdikləri müsahibədən bir həftə əvvəl onlar tez-tez hisslərini ifadə etməkdə problemlərdən, özlərinin başqalarına yük olduqlarını hiss etmələrindən, valideynlərin və ya qəyyumlarının onları tənqid etmələrindən danışırdılar.
Tədqiqatçıların fikrincə, belə faktorlar təkcə erkən yeniyetməlik dövründə deyil, həm də yeniyetməlik və yetkinlik dövründə intihar düşüncələrinə təsir göstərir. Bu faktor intihar davranışının qarşısının alınmasında, eləcə də artıq bu barədə düşünənlərin müalicəsində nəzərə alınmalıdır.
Stopnarkotik.az