Yeni cəbhələr açılacaq: İRAN TƏHDİD ETDİ

Vaşinqtonun İsrailə tam dəstəyi ABŞ-a qarşı yeni cəbhələrin açılmasına səbəb ola bilər.

Stopnarkotik.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Bloomberg“ agentliyinə müsahibəsində deyib.

“Birləşmiş Ştatlar başqalarına təmkin göstərməyi tövsiyə edir, lakin özü İsrailə tam dəstək verir. Əgər ABŞ əməllərinə davam edərsə, ona qarşı yeni cəbhələr açılacaq”, - o, müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, münaqişənin kəskinləşməsi Qəzza zolağının əhalisinin daha çox ölümünə səbəb ola və nəticədə bütün regionda vəziyyət nəzarətdən çıxa bilər:

“Yeni cəbhələrin açılması qaçılmazdır və bu, İsraili öz hərəkətlərinə peşman edəcək. Vəziyyət partlayış ərəfəsindədir”.