Yekaterinburqda vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələri yaxınlarına təhvil verilib.
Qeyd edək ki, meyitlərin üzərində zorakılıq əlamətləri var.
Cənazələr morqdan təhvil alınandan sonra qohumları onlara baxış keçiriblər. Hər iki cənazənin, xüsusi ilə də Hüseyn Səfərovun üz və bədən nahiyyələrində kəsilmiş deşilmiş yaralar, hematomalar müşahidə olunub.
Hazırda Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanına aparılır. Cənazələr oradan Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola salınacaq.
Stopnarkotik.az