Yaxın Şərq amfetamin tərkibli kaptaqonun cəngində-məskəni isə Suriyadır

Məlumdur ki, Suriyada müharibənin başlamasıyla ölkə narkotrafik üçün münbit məkana çevrildi. İlk növbədə, söhbət təkcə Yaxın Şərqi deyil, həm də Avropanı ələ  keçirən ucuz amfetamin olan (Captagon) kaptaqondan gedir. Çox asılılıq yaradan kaptaqonun istehsalı və qaçaqmalçılığı, vətəndaş müharibəsi başladıqdan bəri beynəlxalq təcriddə qalan Suriya rejimi üçün alternativ gəlir mənbəyi yaradaraq, çoxmilyardlıq sənaye yaratdı.

Amfetamin ilk dəfə narkolepsiyanı müalicə etmək üçün 60-cı illərdə Almaniyada istehsal edildi, daha sonra 1986-cı ilə qədər əksər ölkələrdə qadağan edildi. Bu gün amfetamin regionda kefləndirici-əyləncə narkotiki  kimi məşhurdur. Hətta belə bie məlumat da var ki, İŞİD yaraqlıları cəbhə xəttində döyüş hazırlığını saxlamaq üçün kaptaqondan istifadə ediblər.

İyunun sonunda Omanda narkotiklərlə mübarizə orqanları 6 milyon xırda ağ həb müsadirə etdilər. May ayında isə Səudiyyə Ərəbistanının Ciddə rəsmiləri nar yeşiklərində gizlədilmiş 12,7 milyondan çox amfetamin həbi ələ keçirdi. Qiyməti təxminən 50 sent olan kaptaqon tabletinin 18-25 dollara satıldığı Fars körfəzi ölkələri narkotik alverçilərinin ən arzuolunan bazarına çevrilib.

Suriya dünya kaptaqon tədarükünün 80%-nə cavabdehdir, yəni kaptaqon ticarətin həcmi ölkənin bütün dövlət büdcəsindən ən azı üç dəfə çoxdur.

Məlumata görə, ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq müqabilində Suriya öz sərhədlərindən narkotik qaçaqmalçılığının qarşısını almağa kömək edəcəyini vəd edib. Bununla belə, Əsədlə münasibətləri normallaşdırmaq və ya sanksiyaları ləğv etmək planlarının olmadığını deyən Bayden administrasiyası Suriya liderinin Kaptaqon və ya digər məsələlərdə mənalı güzəştlərə getməyə hazır olduğuna şübhə ilə yanaşır.

İsrail üçün Suriyadan narkotik axınının qarşısını almaq üçün beynəlxalq cəhdlərdə iştirakın praktiki mənası var. Hizbullahın narkotik ticarətindən ən böyük gəlir mənbələrindən biri kimi istifadə etdiyi çoxdan məlumdur.

Mövzuya dair suriyalı araşdırmaçı jurnalist Taim Əlhaj Hazza “Medialine”a bunları deyib: “Demək olar ki, həşiş və kaptaqon ticarəti İranın rəhbərlik etdiyi Hizbullah üçün ən mühüm maliyyə mənbələrindən biridir. Minlərlə dərman həbi dünyanın digər ölkələrinə ixrac edilmək üçün Suriya dəniz limanları yaxınlığındakı kiçik laboratoriyalarda hazırlanır.”

Əsəd rejimi və müttəfiq silahlı birləşmələr təxminən beş il əvvəl Suriyanın cənubuna nəzarəti bərpa etdikdən sonra bu ərazi Kaptaqon tacirləri üçün əsas quru tranzit marşrutuna çevrilib. İordaniya Fars körfəzi ölkələrinə giriş qapısı kimi onların əsas hədəfidir. İordaniya Ordusu 2020-ci ildən bəri 1700-dən çox qaçaqmalçılıq cəhdinin qarşısını aldığını açıqlayır.

Tranzit məntəqəsi olmaqla yanaşı, İordaniya bu yaxınlarda özü də istehlakçıya çevrilib, onun ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin təxminən beşdə biri ölkə daxilində istehlak olunur.

İsrail ordusunun Suriya və Livan sərhədində olmasını kaptaqonun İsrail ərazisinə yayılmasının qarşısını almaqla və qaçaqmalçılıq cəhdlərinin əksəriyyətini dayandırmaqla izah edir. Yanvarın sonunda İsrail Müdafiə Nazirliyi İordan çayının qərb sahilindən Qəzzaya göndərilən ofis soyuducularının qapılarında gizlədilən minlərlə kaptagon həbinin qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını aldığını bildirmişdi.

Stopnarkotik.az