Yasamal və Sabunçuda 3 narkotacir ələ keçdi - KÜLLİ MİQDARDA NARKOTİK AŞKARLANDI

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Stopnarkotik.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabunçu və Yasamal rayonları ərazisində keçirilən əməliyyatlar nəticəsində C.Qafarlı, E.Ələkbərov və H.Abdulgəlimov saxlanılıb. Onların üzərindən 1 kiloqrama yaxın narkotik vasitə olan metamfetamin, marixuana və heroin aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.