Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Stopnarkotik.az xəbər verir ki, ümumi çəkisi 1300 kiloqram olan 8214 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.