Yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir - SƏHİYYƏ NAZİRİ

"Yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir".

Stopnarkotik.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Yeni Klinika"ya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə Qazaxıstanda olan 3 nəfərin vəziyyəti orta ağırdır:

"Vəziyyət nəzarət altındadır. Bakıdan ortaya həkim və tibb bacısı qrupu göndəriləcək".