Yaponiyadan Gürcüstana XAHİŞ: Onlayn kazinolara girişi bağlayın

Yaponiya Gürcüstan hökumətindən Yaponiya vətəndaşlarının onlayn kazinolara girişini məhdudlaşdırmağı xahiş edib. Bunu "Kyodo" xəbər verir. 

Yaponiyada xarici saytlarda qumar oyunları qeyri-leqaldır. Lakin buna baxmayaraq, ölkə vətəndaşları 2024-cü ildə onlayn kazinolara 45 milyard dollar xərcləyib. 

Yaponiyanın özündə lotereyalar, at yarışları, motosiklet yarışları və qayıq yarışlarına mərclər istisna olmaqla, demək olar ki, bütün onlayn qumar növləri qadağandır. 

Stopnarkotik.az