Ölkəmizdə hər təqvim ilinin əvvəlində qaz limitlərinin yenilənməsi prosesi həyata keçirilir.
Qaz limitlərinin yenilənməsi sayğac növləri üzrə müxtəlif cür aparılır. Belə ki, bu, "smart-kart" tipli sayğaclarda müvafiq proqram əsasında avtomatik qaydada tənzimlənir.Lakin mexaniki sayğaclarda limitlərin yenilənməsini avtomatik rejimdə reallaşdırmaq mümkün deyil.Nazirlər Kabinetinin müvafiq qərarına əsasən isə dekabrın 28-dən qeyri-iş günləri olacaq.
Maraqlıdır, qaz sayğaclarında limit nə vaxt sıfırlanacaq?
Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, limit hər ilin 10 yanvar tarixindən hesablanır:
Onun sözlərinə görə, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir:
"Hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yeniləcək. Yenidən 1200 kubmetrlik limit tətbiq olunacaq. Mexaniki sayğaclarda isə bu proses yanvarın 7-dək davam edə bilər.Sıfırlanma deyəndə abonentlər təşvişə düşür. Onlar elə bilirlər ki, yanvarın 7-dək sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir.Yanvarın 6-7-dən sonra abonentlər alacaqlar qazı 1200 kubmertlik limitlə əldə edəcəklər. Bu isə 12 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12 qəpik ödəyirlər.Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 20 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 25 qəpikdən hesablanır".