Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı qoşqusunda 39 ton yanacağı olan “DAF” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və yanacağın ətrafa dağılması ilə yanğın-partlayış təhlükəsinin yarandığı müəyyən olunub.
Hazırda yanğınsöndürənlər tərəfindən mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
***12:18
Bakı-Quba yolunda yanacaq daşıyan yük avtomobili qəzaya düşüb.
Stopnarkotik.az “Shimal.News”a istinadən xəbər verir ki, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.
Bildirilib ki, nəqliyyat vasitəsi beton arakəsməyə çırpılaraq aşıb.
Hadisə səbəbindən Bakı istiqamətində yol bağlanıb.
Araşdırma aparılır.